Modern.az

Qubalı deputatdan keçmiş başçıya dəstək: “Heç kimin ondan narazılığı olmayıb”

Qubalı deputatdan keçmiş başçıya dəstək: “Heç kimin ondan narazılığı olmayıb”

22 Sentyabr 2012, 12:14

“Başımın üstündə Allah var, onun elədiklərini unuda bilmərəm”

Qubanın “devrilən” sabiq icra başçısı Rauf Həbibovla bağlı qalmaqal yenidən gündəmə gəlib. Xüsusən də bu il martın 1-də eks-icra başçısına qarşı baş verən etiraz aksiyalarında həbs olunan şəxslərin məhkəməsinin təxirə salınması və Rauf Həbibova dəyən 200 min manatdan çox maddi ziyanın ödənməsi ilə bağlı iddanın ortaya atılması qubalıların narazılığına səbəb olub.

Quba rayonundan seçilən millət vəkili Yevda Abramov keçmiş icra başçısının müdafiəsinə qalxıb. Deputat Modern.az-a açıqlamasında sabiq icra başçısının günahkar olmadığını və qubalıların onu sevdiyini bildirib.

“Rauf Həbibovla mən bu hadisələrdən sonra görüşməsəm də, onun gördüyü işləri unutmaq olmaz. Bu gün çoxları onu olmadığı kimi qələmə verirlər. Əslində o ilk dəfə rayona gələndə xalqın sevincinə səbəb olmuşdu. Çox gözəl də işləyirdi. Heç kimin ondan narazılığı da olmayıb. Sadəcə bu gün müxtəlif söhbətlər gedir onun haqqında. Onun Qubaya gəlməsinə heç kim qadağa qoya bilməz. O da Azərbaycan vətəndaşıdır, istənilən vaxt Qubaya gələ bilər. Bütün yay boyu mən rayonda olmuşam, amma Raufu bir dəfə də olsun görməmişəm.
Rauf Həbibov icra başçısı olaraq işləyirdi. Adamın başında Allah var. Yəni yıxılanı baltalamazlar. Rauf Həbibov da gücü çatdığı qədər, imkanları daxilində Quba rayonu üçün əlindən gələni edirdi. Bunu danmaq olmaz. Çox gözəl də işləyirdi. Bunu necə dana bilərəm. İndi bir hadisə idi oldu, keçdi, ona düşmən gözü ilə baxmaq olmaz”, - deyə Y.Abramov vurğulayıb.

Qeyd edək ki, bu ilin mart ayında Rauf Həbibovun keçirdiyi müşavirədə “qubalılar öz rayonlarını da satıblar, özlərini də” kimi ifadələr səsləndirməsi Quba sakinlərinin qəzəbinə tuş gəlimişdi. Sakinlərin bir neçə gün davam edən atiraz aksiyasında sonra Rauf Həbibov tutduğu postdan istefa verib.

Anar RÜSTƏMOV 

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi