Modern.az

Orta məktəblərdə sınaq imtahanları üçün 299 mərkəz yaradılıb

Orta məktəblərdə sınaq imtahanları üçün 299 mərkəz yaradılıb

Ölkə

8 Fevral 2010, 13:37

Fevralın 27-də respublikanın ümumtəhsil məktəblərində əsas və orta təhsil kursları üzrə sınaq imtahanlarına start veriləcək. Peşə liseylərində yoxlama imtahanı isə bundan bir qədər əvvəl-21 fevral tarixində keçiriləcək. Modern.az xəbər verir ki, Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsinin məlumatına görə, sınaq imtahanının keçirilməsinə hazırlıq başa çatıb. Bu günədək artıq imtahanlara hazırlıqla bağlı zəruri olan bütün tədbirlər həyata keçirilib, ayrı-ayrı şəhər və rayonlarda şagirdlər, müəllimlər və valideynlər arasında təlimati işlər aparılıb, şagird bazası dəqiqləşdirilib, imtahan mərkəzləri müəyyənləşdirilib, şagirdlərin adlı siyahısı yerlərə göndərilib, onların kodu haqqında məlumat verilib.

İmtahanların keçirilməsi məqsədilə respublika ərazisində 299 imtahan mərkəzi yaradılıb. Bu il hər bir imtahan mərkəzinə keçən ildən fərqli olaraq bir deyil, bir neçə imtahan rəhbəri təyin olunub. Hər mərkəzdə öz biliyini 400-500 şagird sınayacaq. İmtahanlara ümumi respublika üzrə 140 minə yaxın doqquzuncu, 97 mindən artıq onbirinci sinif şagirdi cəlb ediləcək.

Doqquzuncular ana dili və riyaziyyat fənləri üzrə hərəsi 25 sual olmaqla, cəmi 50 suala cavab verməlidirlər. Onbirincilər isə 120 sual olmaqla, 8 fəndən (ana dili və ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya və xarici dil) imtahan olunacaqlar.

Yoxlama imtahanının nəticələri keçirildiyi tarixdə jurnala yazılacaq və şagirdlərin fənlər üzrə ikinci yarımillik qiymətləri yoxlama imtahanının nəticələri nəzərə alınmaqla çıxarılacaq.

 

Təhsil Nazirliyindən verilən məlumata görə, Monitorinq və qiymətləndirmə şöbəsi həm IX, həm də XI siniflər üçün test külliyyatı tərtib edib. Orta təhsil kursu üzrə 8 fənni əhatə edən testlər I və II hissələr olmaqla iki kitabda toplanıb. Rus bölməsinin onbirinciləri üçün də ayrıca olaraq iki kitabdan ibarət test külliyyatı hazırlanıb. Kitablar artıq çap olunur və yaxın günlərdə məktəblərə çatdırılacaq.

Əsas təhsil kursu üzrə yoxlama imtahanlarına bütün suallar test külliyyatından salınacaq. Doqquzuncular bilik sınağında ilk dəfə iştirak edirlər və onlara tanış olduqları sualların verilməsi daha məqsədəuyğundur. Nazirlikdən bildirilib ki, yoxlama imtahanının məqsədlərindən biri də təhsilin səviyyəsini öyrənməkdir. Buna görə də orta təhsil kursu üzrə yoxlama imtahanlarına hər fəndən sualların yalnız 20-30 faizi test külliyyatından salınacaq. Qalanları isə tamamilə yeni suallar olacaq.

Əsas və orta təhsil kursu üzrə buraxılış imtahanlarında isə sualların hamısı test külliyyatından salınacaq. Modern.az

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi