Modern.az

100 yaşlı Facebook istifadəçisi: “Əvvəl mənə gülürdülər” - FOTO

100 yaşlı Facebook istifadəçisi: “Əvvəl mənə gülürdülər” - FOTO

26 Sentyabr 2012, 13:27

100 yaşlı livanlı Yucin Bitar dünyada Facebook-dan istifadə edən ən qoca istifadəçidir. Modern.az Livan qəzetinə istinadən bildirir ki, qoca qadın müxtəlif ölkələrdə yaşayan qohumları ilə danışmaq üçün sosial mediadan istifadə edir. O, illərdir görmədiyi yaxınları ilə video danışır. Bitarın sözlərinə görə, bu günün texnologiyası və interneti böyük bir hədiyyədir.

“Kənddə məndən yaşlı heç kəs yoxdur. Məndən cavanlar çoxdur”. 100 yaşının olmasına baxamayaraq nənə internetdə işləməkdən yorulmur. Yucin Bitar öz lüğətinə “Məni Twitter-də və Facebook-da izlə” sözlərini əlavə edib.

“Mən nəvələrimdən bunun nə olduğunu soruşdum.Onlar dedilər ki, bu, sənə bütün dünyadakı insanlarla əlaqə yaratmağına imkan verən internetdir. Dedim ki, mənə də bunu öyrədin.Uşaqlar əvvəlcə mənə güldülər, ancaq sonra öyrətdilər” –deyə Yucin deyib.

“Əvvəllər biz ya telefonla danışır, ya da məktub göndərirdik. Mən onları yeddi ildir ki, görmürdüm. İndi isə evdə oturaraq öz qohumlarını internetlə görə bilirsən”.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı