Modern.az

Arif Quliyevin həkimi: “Yaddaşı yerindədir..”

Arif Quliyevin həkimi: “Yaddaşı yerindədir..”

Mədəni̇yyət

26 Sentyabr 2012, 13:40

Arif Quliyevin yaddaşında problem yaranması barədə deyilənlər doğru deyil. Bu barədə Modern.az-a Mərkəzi Dənizçilər Xəstəxanasının baş həkiminin müavini Rəşad Məmmədov məlumat verib. Onun sözlərinə görə, aktyor özünü yaxşı hiss edir.  “Mən elə indi Arif müəllimin yanından gəlirəm. Səhhəti çox yaxşıdır. Özünü də yaxşı hiss edir. Yaddaşıyla bağlı deyilənlər isə yalandır”-deyə, R.Məmmədov deyib.

Baş həkimin müavini bildirib ki, aktyorun yaddaşı ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Qeyd edək ki, xalq artisti artıq 3 həftədir ki, xəstəxanada hipertoniya diaqnozu ilə müalicə olunur.

 

Sevinc İltifatqızı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır