Modern.az

Əhmədinejad BMT-də Azərbaycan şairi Şəhriyarla fəxr etdiyini deyib

Əhmədinejad BMT-də Azərbaycan şairi Şəhriyarla  fəxr etdiyini deyib

27 Sentyabr 2012, 13:18

İran prezidenti Mahmud Əhmədinejad BMT-dəki çıxışı zamanı böyük Azərbyacan şairi Məhəmmədhüseyn Şəhriyarın adını çəkib və onunla fəxr etdiyini bildirib. Modern.az  “Press TV”-yə istinadən bildirir ki, Əhmədinejad çıxışına başlayarkən“Hafiz, Mövlana, Xəyyam və Şəhriyarın yurdundan gəldiyini” deyib və “fəxarətli bir milləti təmsil etdiyini” vurğulayıb.

“Mən Allah-Təalaya mənə burda bir daha iştirak etmək şansı verdiyinə görə şükr edirəm
Biz burda bütöv insan cəmiyyəti  və öz millətimiz üçün daha yaxşı həyat qurmaq və birlikdə işləmək üçün gəlmişik”-deyə Əhmədinejad vurğulayıb.

”Mən müsəlman, xristian, yəhudi, hindu, buddist və başqalarının bir-birləri ilə düşmənçiliyi və problemləri olduğuna inanmıram. Onlar sülh və dostluq şəraitində birlikdə yaşayarlar”-deyə qeyd edib.

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi