Modern.az

Zəvahiri: “Bin Laden təkgöz idi və gəncliyində “qardaşların” üzvlərindən olmuşdu”

Zəvahiri: “Bin Laden təkgöz idi və gəncliyində “qardaşların” üzvlərindən olmuşdu”

27 Sentyabr 2012, 13:46

Modern.az "Əl-Ərəbiyyə"yə istinadən bildirir ki, terror təşkilatı “Əl-Qaidə”nin rəhbəri Əz-Zəvahiri “İmamla günlər” silsiləsindən növbəti videolenti yayımlayıb və iki sirri açıqlayıb.
Zəvahiri yayımıladığı yeni videolentdə özünün sələfi və “Əl-Qaidə” təşkilatısının təsisçisi Usamə bin Ladenin sağ gözünün görmədiyini və  bunun yeniyetmə yaşlarında başına gələn qəzadan sonra baş verdiyini deyib.

Zəvahiri videolentdə onu da deyir ki,Usamə bin Laden “Müsəlman qardaşları” təşkilatının üzvü olub. “Bin Laden “Müsəlman qardaşları”nın Səudiyyə Ərəbistanı şöbəsində üzv idi. Lakin 80-ci  illərdə “Sovetlərə qarşı müharibə çağırışı” etdiyinə görə, təşkilatın bölməsindən qovulub”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?