Modern.az

Afaq Bəşirqızının səhhəti yaxşılaşıb

Afaq Bəşirqızının səhhəti yaxşılaşıb

27 Sentyabr 2012, 14:28

Bu barədə Modern.az-a aktyorun həyat yoldaşı Əhməd Təhməzov məlumat verib. Onun sözlərinə görə, Afaq Bəşirqızı dünən axşam saatlarından narkozdan oyanıb.
“Afaq xanımın səhhəti çox yaxşıdır. Dünən axşam saatlarından narkozdan ayılıb. Həkimdən dünən icazə alıb yanına girdim. Danışır, gülür, hər şey yaxşıdır. İnşallah 3-4 günə palataya keçiriləcək. Hələ ki, yanına heç kəsi buraxmırlar”, –deyə Ə.Təhməzov bildirib.

Qeyd edək ki, əməliyyat dünən Mərkəzi Neftçilər Xəstəxanasının ürək-damar cərrahı Rəşad Mahmudov tərəfindən həyata keçirilib.

Xatırladaq ki, A. Bəşirqızının səhhəti bir neçə gün bundan əvvəl “Yeddi məhbusə anası” tamaşasından sonra pisləşib və aktrisa dərhal Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.

S.İltifatqızı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?