Modern.az

Seçkiöncəsi media aləmində canlanma...

Seçkiöncəsi media aləmində canlanma...

9 Fevral 2010, 10:25

YENI GÜNDƏLIK QƏZETLƏR FƏALIYYƏTƏ BAŞLAYACAQ, BAĞLANMIŞ QƏZETLƏRİN NƏŞRİ BƏRPA OLUNACAQ 2010-cu ilin noyabrında keçiriləcək parlament seçkilərinin yaxınlaşması Azərbaycanın media bazarında da canlanmanın yaranmasına səbəb olub. Seçkilərə indidən hazırlaşan ayrı-ayrı maraqlı qüvvələr tərəfindən bəzi bağlanmış qəzetlərin nəşri bərpa olunur, yeni mətbuat orqanları təsis edilir. Bu isə parlament seçkiləri öncəsi təkcə siyasət meydanında deyil, media aləmində də maraqlı məqamlardan xəbər verir. Modern.az-ın məlumatına görə, ötən ilin əvvəlində bağlanmış daha bir qəzetin bərpasına hazırlıq görülür.

Son bir neçə ayda media aləminə bir neçə yeni elektron və çap mətbuatı qədəm qoyub. Yaxın günlərdə daha bir neçə yeni mətbu orqanı da işıq üzü görəcək. Verilən xəbərlərə görə, tezliklə yeni gündəlik ictimai-siyasi qəzetlərin də nəşrinin şahidi olacağıq. Bu arada 2009-cu ilin aprel ayının 1-dən etibarən nəşri dayandırılan “Xəzər” qəzetinin fəaliyyətə başlaması üçün hazırlıq işlərinə başlanılıb. Modern.az xəbər verir ki, hazırda qəzetin yaradıcı heyəti formalaşdırılır. Nəşri yenidən bərpa olunan “Xəzər” yeni kollektivlə işə başlayacaq. Əldə etdiyimiz məlumata görə, qəzetə jurnalist Natiq Məmmədli rəhbərlik edəcək. N.Məmmədli əvəllər “Yeni Azərbaycan” “Gün səhər” qəzetlərində, “Space” telekanalında işləyib.

Qeyd edək ki, «Xəzər» qəzeti 2005-ci ilin mayında təsis olunub. Qəzet 2005-2006-cı illərdə A2 formatda gündəlik, sonra isə 2009-cu ilin aprelinədək A3 formatda həftəlik nəşr edilib. Ötən il isə maliyyə problemlərilə əlaqədar bu nəşrin fəaliyyəti dayandırılıb. Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?