Modern.az

Dövlət Dəstəyi Şurası 75 QHT-nin layihəsinə “yox” deyib

Dövlət Dəstəyi Şurası 75 QHT-nin layihəsinə “yox” deyib

Qarabağ

9 Fevral 2010, 14:26

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2010-cu il üçün QHT layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqəyə təqdim olunan layihələrin seleksiyasını davam etdirir. Şuranın icraçı katibi Fərasət Qurbanov Modern.az-a bildirib ki, müsabiqəyə təqdim olunan 489 layihədən 75-nin şərtlərə cavab vermədiyi dəqiqləşib və ona görə də onlar ilkin seleksiyadan keçməyib. F.Qurbanovun sözlərinə görə, 414 layihə rəy alınması üçün ekspertlərə təqdim olunub.  Ekspertlər bu həftənin sonuna qədər layihələri qiymətləndirib başa çatdıracaqlar.  F.Qurbanov deyib ki, müsabiqənin əvvəlcədən müəyyənləşdirilən şərtləri var ki, bununla bağlı heç bir QHT-yə güzəştə getmək mümkün deyil. Maliyyə müsabiqəsinin nəticələri martın 10-dan sonra elan ediləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir