Modern.az

“Xocalı soyqrımının keçirilməsinə dair tədbirlər planı” təsdiq edilib

“Xocalı soyqrımının  keçirilməsinə dair tədbirlər planı” təsdiq edilib

Ölkə

9 Fevral 2010, 17:10

Prezident Administrasiyası rəhbərinin sərəncamı ilə “Xocalı soyqırımının on səkkizinci ildönümünün keçirilməsinə dair tədbirlər planı” təsdiq edilib. Tədbirlər planında Xətai rayonunda, Naftalan şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələrin önünə əklil qoyulması, Xocalı sakinlərinin dünya dövlətlərinə, xalqlarına və beynəlxalq təşkilatlara müraciətinin yayılması, Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərində, nümayəndəliklərində və diaspor təşkilatlarında bu dəhşətli hadisə ilə bağlı mətbuat konfranslarının, anma mərasimlərinin və s. keçirilməsi, xarici KİV və teleradio kanallarında materialların hazırlanması və yayılması nəzərdə tutulub. Sənədə əsasən, idarə və təşkilatlarda, teatr-konsert müəssisələrində, sərgi salonlarında, ali və orta təhsil ocaqlarında xatirə gecələri, foto-rəsm sərgiləri, şahidlərlə görüşlər və s. keçiriləcək, milli azadlıq uğrunda mübarizəyə həsr olunmuş sənədli və bədii filmlər nümayiş etdiriləcək. Rəsmi dövlət strukturları rəhbərlərinin, Milli Məclisin deputatlarının və ziyalıların iştirakı ilə xocalılıların müvəqqəti məskunlaşdıqları şəhər və rayonlarda şəhid ailələrinə yardım göstəriləcək. İldönümü ərəfəsində internet şəbəkəsində Xocalı soyqırımını əks etdirən məlumatlar yeniləşdiriləcək, ölkə televiziya və radiolarında, kütləvi informasiya vasitələrində bu soyqırımı ilə bağlı materiallar veriləcək. Fevralin 26-da saat 17.00-da bütün ölkə ərazisində şəhid xocalılıların xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, həmin gün təhsil müəssisələrində ilk dərslər bu faciəyə həsr olunacaq.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub