Modern.az

Deputatdan Qarabağla bağlı yeni təklif

Deputatdan Qarabağla bağlı yeni təklif

Dünya

1 Oktyabr 2012, 13:01

Fərəc Quliyev: «Ermənistanla yox, BMT ilə danışıqlar aparılmalıdır»

Milli Məclisin deputatı Fərəc Quliyev Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təklif irəli sürüb. O bildirib ki, bu gün Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən təcavüz siyasəti beynəlxalq hüquqi məsuliyyət baxımından hələ də açıq qalır: «Dövlətçiliyimizə və ərazi bütövlüyümüzə qarşı Ermənistanın törətdiyi təcavüz cinayətinə görə Ermənistanın beynəlxalq hüquqi məsuliyyəti haqda BMT Təhlükəsizlik Şurasına ünvanlanacaq müvafiq sənədin müzakirəsi təxirəsalınmadan keçirilməlidir. Respublikamızın BMT TŞ-nin qeyri-daimi üzvü olması, ratifikasiya edilən beynəlxalq hüquqi aktlar, hazırkı diplomatik şərait Ermənistanin törətdiyi təcavüz cinayətinə görə bu ölkənin beynəlxalq hüquqi məsuliyyətə cəlb edilməsinə tam əsaslar və imkanlar yaradır. Təcavüz aktının bu və ya digər formasına görə təcavüzkar dövlət BMT TŞ qarşısında birbaşa məsuliyyət daşıyır. Bu isə BMT TŞ-na təcavüzkar haqqında məcburi tədbirlərin görülməsi səlahiyyəti verir».

Deputat hesab edir ki, ATƏT-in vasitəçiliyi ilə aparılan danışıqların heç bir nəticəsinin olmadığı bir zamanda Ermənistanla danışıqların yeni mərhələsini gözləməyin hec  bir mənası yoxdur: «Əvvəla, ən yaxşı halda Ermənistanla danışıqların axırı Ter-Petrosyan dönəmindəki səviyyəyə gələr ki, belə vəziyyətdə də ermənilər sadəcə hakimiyyəti dəyişməklə yenidən sıfırdan başlamaq təcrübəsinə malikdirlər. Məqsəd isə təbii ki, indiki status-kvonu uzatmaqdır. İkincisi, “animus aggeressionis” deyilən bir yanaşma var. Yəni, dövlətin fəaliyyətində mövcud olan, əvvəlcədən düşünülmüş təcavüzkar niyyət. Bu, Ermənistanın «böyük Ermənistan» planının tərkib hissəsidir və onlarla danışmaq mənasızdır. Ona görə də Ermənistanla danışıqları davam etməyə cəhd etmədən Ermənistanın beynəlxalq hüquqi məsuliyyəti haqda BMT ilə danışıqlar aparmaq lazımdır. Bu proseduru başlatmaq üçün Milli Məclis ilk belə müraciəti- dövlətçiliyimizə və ərazi bütövlüyümüzə qarşı Ermənistanin törətdiyi təcavüz cinayətinə görə Ermənistanın beynəlxalq hüquqi məsuliyyəti haqda sənədin müzakirəsini payız sesiyasında kecirməlidir».

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi