Modern.az

Bayram Səfərov: “Bizim düşmənimiz təkcə ermənilər deyil...”

Bayram Səfərov: “Bizim düşmənimiz təkcə ermənilər deyil...”

Ölkə

2 Oktyabr 2012, 15:03

Xocavənd rayonun işğalının 20 - ci ildönümünə həsr olunmuş silsilə tədbirlər planı bu gün “Dağlıq Qarabağın azərbaycanlı icması" İctimai Birliyində təşkil olunan tədbirlə yekunlaşıb. Modern.az-ın məlumatına görə, tədbirdə icma üzvləri, birliyin sədri Bayram Səvərov, Xocavənd rayon icra hakimi Eyvaz Hüseynov və Xocavənd sakinləri iştirak edib.

Xocavənd rayonunun işğalı ilə bağlı çıxış edən B.Səfərov bildirib ki, Qarabağ münaqişəsinin həllinə mane olan faktorlardan biri də xristian ictimaiyyətidir.

“Qarabağ müharibəsi bir xalqın digər xalqa torpaq iddiasından çox müsəlman xristian müharibəsinə çevrilib. Bu gün bizim düşmənimiz yalnız ermənilər deyil, eyni zamanda onların havadarı olan xristian ictimaiyyətidir.” Xristian birliyinə bu günə kimi müqavimət göstərən Azərbaycanın atəşkəs əldə edildikdən sonra ötən müddət ərzində sahib olduğu iqtisadi, siyasi, hərbi gücün danılmaz reallıq olduğunu deyib. Nitqinin sonunda şəhid valideynlərinə bir daha başsağlığı verən B.Səfərov “Tez bir zamanda torpaqlarımız işğaldan azad olunacaq, şəhidlərimizin ruhu da rahatlığa qovuşacaq” – deyə əlavə edib.

Xocavənd Rayon icra başçısı E. Hüseynov da ictimaiyyətin unutqanlığından narahatlığını ifadə edib.

“1988 – ci ildən 1993 - cü ilə qədər olan hadisələr elə bil yaddan çıxır. O illəri əzab- əziyyəti, tökülən qanlar, unudulmamalıdır. Biz keçmişimizi, tariximizi dönə-dönə öyrənməliyik. Çünki torpaqlarımızın azad olunması, qisas hissinin güclü olması üçün o hadisələri xatırlamaq, o xatirələri oyatmaq bizə silah kimi lazımdır. ”, - deyə icra başçısı vurğulayıb.

 

 

 

 

 

Elçin AĞAYEV­­­­

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir