Modern.az

Elşad Abdullayevin qayınatasının evində axtarış aparılıb

Elşad Abdullayevin qayınatasının evində axtarış aparılıb

Təhsil

2 Oktyabr 2012, 17:40

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin qayınatasının evində axtarış aparılıb. Modern.az-ın  APA-ya istinadən verdiyi məlumatına görə, bu gün prokurorluq əməkdaşları Hüseyn Əhmədovun yaşadığı evə baxış keçiriblər. Baxışın hansı məqsədlə keçirildiyi açıqlanmır.

Xatırladaq ki, sentyabrın 25-də internetdə E. Abdullayev, deputat Gülər Əhmədova və Sabir adına Kitabxananın direktoru Sevinc Babayeva ilə bağlı video material yayılıb. Video materialda deputatla sabiq rektor və vasitəçi kimi təqdim olunan S. Babayeva arasında E. Abdullayevin Milli Məclisin üzvü seçilməsi üçün yüksək məbləğdə rüşvət verməsi, ondan əlavə məbləğ istənilməsi barədə dialoq əksini tapıb. Dialoqda yüksək vəzifəli şəxslərin də adı çəkilib.

Azərbaycanın baş prokuroru Zakir Qaralov ötən gün mətbuata verdiyi açıqlamasında həmin fakt üzrə cinayət işinin başlandığını və video çəkilişin aparıldığı ABU inzibati binasına baxış keçirildiyini bildirib. E. Abdullayev qanunsuz əməllərindən danışan Z. Qaralov bir sıra suallara aydınlıq gətirilməsi və G. Əhmədova ilə üzləşdirilməsi üçün onu Azərbaycana dəvət edilib.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...