Modern.az

XİN: “Ermənilərin bu addımı Çikaqo Konvensiyasına ziddir”

XİN: “Ermənilərin bu addımı Çikaqo Konvensiyasına ziddir”

Təhsil

2 Oktyabr 2012, 18:20

“Xankəndində rəsmən istifadəyə verildiyi iddia edilən hava limanı Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasına ziddir”. Modern.az xəbər verir ki, bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bu gün keçrilən brifinqdə deyib. O qeyd edib ki, həmin Konvensiya Azərbaycanın işğal olunmuş ərazilərində uçuş həyata keçirməyi qadağan edir.

“Bu hava limanının açılması qeyri-qanunidir və təxribat xarakteri daşıyır. Azərbaycan tərəfi bununla bağlı müvafiq beynəlxalq qanuna uyğun olaraq addımlar atacaq”.

XİN rəsmisinin sözlərinə görə, Xankəndi hava limanına istifadə üçün sertifikatın verilməsi xəbəri həqiqəti əks etdirmir. 

Qeyd edək ki, dünən erməni mətbuatı Xankəndi hava limanının  rəsmən istifadəyə verilməsi barəsində məlumat vermişdi. Məlumatda deyilirdi ki, uçuşların həyata keçirilməsi üçün rəsmi şəkildə sertifikat alınıb və həmin sertifikatı  erməni tərəfi  sentyabrın 28-də əldə edib. 

Məlumata görə, uçuşlar Xankəndindən İrəvana və əksinə olacaq. İlk uçuşun bu ay olacağı bildirilir. 

Nihadə EYYUBOVA  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir