Modern.az

Azərbaycan İsveçrəyə nota verib

Azərbaycan İsveçrəyə nota verib

Təhsil

2 Oktyabr 2012, 18:32

Azərbaycan Respublikası İsveçrəyə nota verib. Notaya səbəb isveçrəli deputatların Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər etmələridir.
Azərbaycan XİN mətbuat katibi Elman Abdullayev bildirib ki, İsveçrədəki səfirliyimiz notanı artıq bu ölkənin Xarici İşlər Nazirliyinə təqdim edib.

E.Abdullayevin sözlərinə görə, İsveçrə Xarici İşlər Nazirliyindən verilən izahatda qeyd edilib ki, deputatların səfəri rəsmi deyil, şəxsi xarakter daşıyıb. İsveçrə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha bəyan edib.

İsveçrə parlamentinin Ermənistanla dostluq qrupunun üzvlərindən ibarət deputta heyəti bir müddət öncə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisinə icazəsiz səfər ediblər.

Nihadə Eyyubova  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?