Modern.az

İsrailin Azərbaycan ərazisindən İrana qarşı istifadə edəcəyi xəbəri təkzib olundu

İsrailin Azərbaycan ərazisindən İrana qarşı istifadə edəcəyi xəbəri təkzib olundu

Təhsil

2 Oktyabr 2012, 18:39

“İsrailin Azərbaycan ərazisindən İrana qarşı istifadə etməsi haqqında “Reuters” Agentliyində gedən məlumatı yalandır”.

Modern.az xəbər verir ki, bu barədə bu gün keçrilən brifinqdə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib. O qeyd edib ki, “Azərbaycan ərazisindən hərbi baza kimi istifadə oluna bilməz. İki ölkə arasında olan qonşuluq münasibətlərinə heç kim müdaxilə edə bilməz”.

Qeyd edək ki, “Reuters” agentliyi gizli mənbəyə istinadən İsrail İrana qarşı əməliyyata başlayacağı təqdirdə Azərbaycanın öz hərbi bazalarını İsrailə vermək imkanlarını nəzərdən keçirdiyini yazıb. 

Nihadə EYYUBOVA
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir