Modern.az

MSK Gülər Əhmədova ilə bağlı bügünkü iclası açıq keçirəcək

MSK Gülər Əhmədova ilə bağlı bügünkü iclası açıq keçirəcək

Ölkə

3 Oktyabr 2012, 10:26

Bu gün Gülər Əhmədovanın deputatlıqdan könüllü imtina etməsi barədə müraciətə Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən baxılacaq. MSK-dan Modern.az saytına verilən məlumata görə bununla bağlı iclas saat 16:00-da keçiriləcək. İclas mətbuat üçün açıq keçiriləcək.

Qeyd edək ki, sentyabrın 25-də internetdə keçmiş ABU-nun eks-rektoru Elşad Abdullayev, deputat Gülər Əhmədova və Sabir adına kitabxananın direktoru Sevinc Babayeva ilə bağlı videomaterial yayılıb. Videomaterialda deputatla sabiq rektor və vasitəçi kimi təqdim olunan S.Babayeva arasında E.Abdullayevin Milli Məclisin üzvü seçilməsi üçün yüksək məbləğdə rüşvət verməsi, ondan əlavə məbləğ istənilməsi barədə dialoq əksini tapıb. Dialoqda yüksək vəzifəli şəxslərin də adı çəkilib.

 

Aytən ƏLİYEVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir