Modern.az

Bölgələr haqqındakı mahnılar- “Qarabağ” mahnısını ilk dəfə kim oxuyub? - Maraqlı

Bölgələr haqqındakı mahnılar- “Qarabağ” mahnısını ilk dəfə kim oxuyub? - Maraqlı

3 Oktyabr 2012, 11:04

Modern.az saytı bölgələrlə bağlı olan mahnıların yaranma prosesini araşdırmaqda davam edir. Bu dəfə “Qarabağ” mahnısının yaranmasından və yazılma tarixinin qədimliyindən söhbət açılacaq.

Azərbaycanın xalq artisti, Milli Konservatoriyanın muğam kafedrasının müdiri Arif Babayev “ Qarabağ” mahnısının necə yaranmasından danışdı:

“Qarabağ Azərbaycanın çox gözəl və dilbər guşələrindəndir. Qarabağ bağlı tək mahnılarımızdan deyil, onun bütün gözəlliklərindən danışa bilərəm. Qarabağ bizim musiqi mədəniyyətimizin beşiyi sayılır. Ümumiyyətlə, Qarabağda dünyaya göz açanların səsinin  və nəfəsinin necə muğama yatımlı olduğunu hər birimiz bilirik.   Mən hələ  uşaq  yaşlarımdan Qarabağ muğam ustalarının ənənələrini mənimsəmişəm və tədbirlərdə çıxışlarım zamanı bu öyrəndiklərimi xalqımız qarşısında öz ifamla göstərmişəm. Qarabağla bağlı bir çox mahnılarımız var ki, onlar hələ də bizim ustad sənətkarlarımız tərəfindən ifa edilir. Qarabağımızla bağlı olan bu  mahnı mənə ilk dəfə təqdim olunanda mən bu mahnını ifa edib-etməyəcəyim haqqında çox düşünmüşdüm.
Amma bu mahnının bəstəkarı mərhum  Bəhram Nəsibov bundan qətiyyən narahat olmamağımı və belə bir bəstənin çox qısa zamanda hər kəs tərfindən seviləcəyini söylədi. Bu  belə də oldu. Mahnı nəinki qarabağlılar tərəfindən, eyni zamanda bütün xalqımız tərəfindən böyük sevgiylə qarşılandı. Və bu mahnının mən ilk dəfə 1972-ci ildə ifa etmişəm. O gündən də “Qarabağ” mahnısı dinlənilir və bu yerlərin həsrətini çəkənlər üçün sanki bir təsəlli mənbəyidir.  “Qarabağ” mahnısının sözləri Dəmir Gədəbəylinin, musiqisi isə Bəhram Nəsibovundur”. 

 



Pərvin ARZUQIZI
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?