Modern.az

Erməni hakerlər ZQAN Holdinq-in internet səhifəsinə hücum ediblər

Erməni hakerlər ZQAN Holdinq-in internet səhifəsinə hücum ediblər

3 Oktyabr 2012, 11:19

Azərbaycanın iri holdinqlərin sayılan ZQAN Holdinq-in internet səhifəsi erməni haker qrupu tərəfindən hücuma məruz qalıb.  Bu barədə Modern.az-a adı çəkilən qurumdan məlumat verilib.
Bildirilib ki, erməni hakerlər saytı sındıraraq əsas səhifəsində “Contact Us” düyməsi əvəzində  “Armenian Cyber Army – CAC” yazısı yerləşdiriblər. Haker hücumu holdinqin tam yeni saytının yaranması prosesi ərəfəsinə düşüb və bununla əlaqədar olaraq holdinq köhnə saytının bərpası əvəzinə yeni internet səhifəsini istifadəyə verəcəyini qərarlaşdırıb.

“Sentyabr ayının sonlarından etibarən ZQAN Holdinq-in rəsmi internet səhifəsi erməni haker qrupunun hücumuna məruz qaldığına görə, saytın fəaliyyətini dayandırmışıq. Haker hücumu yeni saytımızın hazırlanması prosesi ilə eyni vaxta düşdüyü üçün, bərpa işləri aparılmır və  holdinq tam yeni internet səhifəsini bu ilin sonlarında istifadəyə verməyi planlaşdırıb. Qeyd edim ki, yeni sayt daha yüksək təhlükəsizlik proqramları ilə qorunacaq və bu cür halların qarşısı alınacaqdır” – deyə Holdinqin İT mütəxəssisi bildirib.

Qeyd edək ki, ZQAN Holdinq-in yeni internet səhifəsinin təqdimatı bu ilin sonlarına təsadüf edəcək.

Holdinq inşaat məhsullarının istehsalı, bank işi, sığorta, telekommunikasiya, mehmanxana işi və sağlamlıq-istirahət mərkəzləri, inşaat, nəqliyyat və yükdaşıma, eləcə də daşınmaz əmlak və onun idarə edilməsi kimi sahələrdə fəaliyyət göstərən şirkətlərə rəhbərlik edir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!