Modern.az

Misir Mərdanovun ad günüdür, nazir 66 yaşını geridə qoydu

Misir Mərdanovun ad günüdür, nazir 66 yaşını geridə qoydu

3 Oktyabr 2012, 11:29

Son illər adı ətrafında tez-tez müxtəlif fikirlər səsləndirilən Azərbaycanın təhsil naziri Misir Mərdanovun bu gün ad günüdür, o, 66 yaşını tamam edib.
Modern.az-ın məlumatına görə, Misir Mərdanov 1946-cı il oktyabrın 3-də Qərbi Azərbaycanın (indiki Ermənistan) İcevan rayonunun Göyərçin kəndində anadan olub. 1964-cü ildə orta məktəbi bitirib, həmən il Azərbayca Dövlət Universitetinə (ADU) daxil olub. 1969-cu ildə universitetin mexanika-riyaziyyat fakültəsini bitirib.

M.Mərdanov 1970-1972-ci illərdə ADU-nun aspirantı olub. 1973-cü ildə namizədlik, 1989-cu ildə doktorluq dissertasiyasını müdafiə edib.

1971-ci ildən 1989-cu ilədək ADU-nun mexanika-riyaziyyat fakültəsində müəllim, baş müəllim, dosent, 1978-ci ildən 1989-cu ilə kimi dekan müavini vəzifələrində çalışıb.

1989-1992-ci illərdə Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyində ali təhsil idarəsinin rəisi, təhsil nazirinin müavini işləyib.

1992-1996-cı illərdə BDU-nun tədris işləri üzrə prorektoru, 1997-1998-ci illərdə universitetin rektoru olub.

1998-ci ildən Azərbaycan Respublikasının təhsil naziri vəzifəsində çalışır. Ailəlidir 3 övladı var.
Elm və təhsil sahəsindəki nailiyyətlərinə görə 2000-ci ildə Azərbaycan Respublikasının
Prezidenti tərəfindən “Əməkdar elm xadimi” fəxri adına, 2006-cı ildə isə "Şöhrət" ordeninə
layiq görülüb.

15-dən artıq kitabın, 100-dən çox elmi məqalənin müəllifidir.

Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının və İdarə heyətinin üzvüdür.

Misir Mərdanov 14 ildir Azərbaycanın təhsil naziri postunu tutur. Mətbuat tez-tez Misir Mərdanovun gah istefa verəcəyindən, gah da vəzifəsindən azad olunacağından yazır.

Amma bu informasiyalar hələki şayiə xarakteri daşıyır və təhsil naziri öz postunda qalır…

Hələ ötən il yayılan bəzi xəbərlərdə qeyd olunurdu ki, təhsil naziri 65 yaşını tamam edəndən sonra istefaya göndəriləcək. Misir Mərdanovun özü isə o zaman bildirdi ki, o bir nazir olaraq heç də əvəzolunmaz kadr deyil.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!