Modern.az

“Cənab Ərdoğan, bəs hanı bu vədlər? - rus mətbuatından baş nazirə xatırlatma

“Cənab Ərdoğan, bəs hanı bu vədlər? - rus mətbuatından baş nazirə xatırlatma

3 Oktyabr 2012, 11:38

Türkiyənin baş naziri Rəcəp Tayyin Ərdoğanın Ədalət və İnkişaf Partiyasının konqresinin kürsüsündən Rusiya, Çin və İrana bildirmişdi ki, Suriya məsələsində öz mövqeyinizi yenidən nəzərdən keçirin. Modern.az xəbər verir ki, Ərdoğanın bu çağırışına Moskvadan cavab gəldi. Rusiyanın rəsmi dövlət qəzeti olan “Rossiyskaya Qazeta” bu haqda yazı dərc edib:

22 il iqtidar

Türkiyədəki islamçıların xoşbəxtlikdən rəqs edərək, zəfər marşını oxumalarının artıq zamanıdır. Ərdoğan sadə bir siyasət kombinasiyaları ilə bundan sonra 12 il də hakimiyyəti öz əlində saxlaya biləcək. Ankarada parlament rəhbərliyi ancaq 2 il sevinə biləcək. Sonra isə Türkiyədə prezident seçkiləri keçiriləcək. Gözlənilməz bir hadisə baş verməzsə, Ərdoğan seçkini qazanacaq. Ərdoğan çox sadə bir şəkildə ordunu özünə tabe etdi. Nüfuzu isə daha da artıb. Xarici siyasətdə edilən səhvlər belə, onun nüfuzunu kölgə salmadı. Bununla da o ümumilikdə 22 il Türkiyəyə rəhbərlik edəcək.  

Şam yem edilmir

Türkiyə cəmiyyəti bunlardan isə heç də narahat görünmür. Amma Rusiyanın, Çinin, İranın Suriya ilə bağlı mövqeyi Türkiyəni narahat edir. Şam rejimini qonşulara yem etmədikləri üçün bu ölkələrə qəzəbini dilə gətirirlər. Halbuki Ərdoğan 2002-ci ildə baş nazir olanda bütün ölkələrlə yaxşı qonşu olacağını demişdi. Bəs hanı bu vədlər?

S.İltifatqızı

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir