Modern.az

Erməni milyonçu Xankəndi hava limanına təyyarə bağışladı

Erməni milyonçu Xankəndi hava limanına təyyarə bağışladı

3 Oktyabr 2012, 11:47

Erməni əsilli argentinalı milyonçu Eduardo Ernekyan Xankəndi hava limanına təyyarə bağışlayıb. Modern.az erməni KİV-lərinə istinadən bildirir ki, təyyarə hazırda Ermənistanda saxlanılır və hələlik Xankəndinə gətirilməyib.

 Azərbaycanın Xankəndi hava limanı ilə bağlı kəskin etirazından sonra Dağlıq Qarabağdakı qondarma rejimin başçısı Bako Saakyan bildirib ki, hava limanının istifadəyə veriləcəyi ilə bağlı məlumat doğru deyil.

“Hava limanı hazırdır, amma hər hansı uçuşlardan söhbət getmir. Bu barədə yayılan məlumatı insanlar düzgün başa düşməyiblər. Sadəcə  mütəxəssislərin rəyi açıqlanıb ki, hava limanı istifadə edilməsi üçün hazırdır”-deyə Saakyan vurğulayıb. Onun sözlərinə görə, “mülki aviasiya idarəsi”  uçuşların bərpa olunması barədə heç bir açıqlama verməyib.

Xankəndi hava limanı 1974-cü ildə tikilib və əsasən İrəvandan və Bakıdan olan reysləri qəbul edib. 2008-ci ildən etibarən separatçı rejim yeni korpusun tikintiisinə başlayıb.

X. SƏFƏROĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır