Modern.az

Ermənistanın eks-xarici işlər naziri Bakıya dəvət olunub

Ermənistanın eks-xarici işlər naziri Bakıya dəvət olunub

3 Oktyabr 2012, 11:55

Ermənistanın keçmiş xarici işlər naziri Raffi Ovanesyan Azərbaycana dəvət olunub. Modern.az bildirir ki, hazırda “İrs” partiyasına rəhbərlik edən Ovanesyana Asiya ölkələri siyasi partiyalarının noyabr ayında Bakıda keçiriləcək beynəlxalq konfransına iştirak etmək üçün rəsmi dəvət göndərilib. Dəvət sözügedən beynəlxalq konfransın sədri Xose de Venesiya tərəfindən göndərilib. Təşkilatçı eks-naziri dəvət edərkən Ovanesyanın Pnompendə keçirilən konfransda iştirakını nəzərə aldıqlarını bildirib. Ovanesyan isə Bakıya gəlməkdən imtina edib.

X. SƏFƏROĞLU  
Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır