Modern.az

“Turqut Özalın nəşində toksik maddə varsa, o, mütləq tapılacaq” - Türkiyəli nazir

“Turqut Özalın nəşində toksik maddə varsa, o, mütləq tapılacaq” - Türkiyəli nazir

3 Oktyabr 2012, 12:07

Turqut Özalın nəşi 19 il keçsə də, hələ də salamatdır. Modern.az xəbər verir ki, bu sözləri Türkiyənin ədliyyə naziri Sədullah Ərgin deyib. Onun sözlərinə görə, mərhum prezidentin nəşinin əhəmiyyətli hissəsi hələ də salamatdır və onun bədəninin ekspertiza üçün uyğundur. Nazir bildirib ki, əgər toksik maddə varsa, bu, hökmən aşkarlanacaq”.

Qeyd edək ki, ölkə başçısı Abdulla Gül Türkiyənin səkkizinci prezidenti, mərhum Turqut Özalın ölümünün səbəblərinin araşdırılması üçün göstəriş verib. A. Gülün təlimatına görə, T. Özalın vəfat etdiyi 17 aprel günü son dəqiqəsinə qədər araşdırılacaq.

Ötən gün Turqut Özalın nəşi məzardan çıxarılaraq məhkəmə tibb ekspertizasına göndərilib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?