Modern.az

“Allah bircə saatlığa Elçibəyi dirildə...” - Açıqlama

“Allah bircə saatlığa Elçibəyi dirildə...” - Açıqlama

3 Oktyabr 2012, 12:28

Tofiq Seyid:  “Elçibəyi İranla Rusiya aradan götürə bilərdi”

“Ömründə bəlkə 1-2 dəfə Bəyə salam verənlər özlərini onun sirdaşı kimi təqdim edirlər”

“Bu söhbətlər mənim üçün iyrəncdir. Düzdür, çalışıram  bu prosesi kənardan seyr edim. Ancaq əzab çəkirəm və utanıram. İndi Elçibəy haqq dünyasındadır, ancaq bu dünyada rahatlıq vermədikləri kimi, haqq dünyasında da ondan əl çəkmirlər. Allahın verdiyi canı Allah alar. Necə, hansı səbəbdən vəfat edib, bunu Allah bilir, Bəyin özü bilirdi”.

Bu açıqlamanı Modern.az saytına 1992-93-cü illərdə AXC İcraiyyə Komitəsinin sədri olmuş, Elçibəyin yaxın silahdaşı Tofiq Seyid verib.

Onun sözlərinə görə Elçibəy xərçəng xəstəliyindən dünyasını dəyişib: “Bəydə açıq surətdə xərçəng xəstəliyi vardı. Bunun diaqnozu da qoyulmuşdu. Özünün xalqa müraciətlərini oxusanız, görərsiniz ki, bu suala cavab verilib. İkinci tərəfdən, Elçibəy, Turqut Özal elə şəxsiyyətlərdi ki, onların daxildə düşmənləri olmur. Əlbəttə, paxıllıq edən, həsəd aparanlar olur, amma onların da daxildə Bəyə bir sevgisi olur. Çünki, Elçibəy millətini və millətinin hər bir fərdini qarşılıqsız sevən insan idi. Amma əgər haradasa Elçibəyin həyatına təhlükə üçün nəsə edilibsə, bunu ancaq böyük dövlətlərin kəşfiyyat orqanları edə bilərdi. Elçibəyin hədəflərinə, qarşısına qoyduğu məqsədlərinə görə... Demirəm zəhərləməklə. Hansısa formada Bəyin müalicəsinə müdaxilə etməklə də bu ola bilərdi və bunu da Rusiya, İran kəşfiyyatı edə bilərdi. Yoxsa, burda kimsə kimisə zəhərlədi, kimi söhbətlər ən azı Bəyə qarşı sayğısızlıqdır”.

T.Seyid deyir ki, Elçibəylə çox az təmasda olmuş insanlar bu gün özlərini ona yaxın kimi təqdim edirlər: “Məni ağrıdan odur ki, ömründə bəlkə 1-2 dəfə Elçibəyə salam vermiş adamlar özlərini onun sirdaşı kimi təqdim edirlər, televiziyadan, qəzet səhifələrindən düşmürlər. Allah bircə saatlığa Bəyi dirildə və çıxa televiziyadan deyə ki, bala, mən hardan səninlə qardaş, sirdaş oldum. Mən nə zaman sənə sirrimi verdim ki, məni kim zəhərlədi? Bunu deyənlər hər şeyini itirmiş insanlardı ki, bu gün hər şeyi bazara çəkirlər. Heç olmasa, Elçibəyə şər atmayın, deməyin o sizə belə deyib. Deyin ki, “məndə olan məlumata görə...”. Ayıbdır, heç olmasa o ülvi insanın dilindən yalan danışmayın”. 

Modern.az    

Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı