Modern.az

“Türkiyə Qəzetçilər Federasiyasının rəhbəri Bakıda jurnalistlərlə görüşəcək” - PJB sədri

“Türkiyə Qəzetçilər Federasiyasının rəhbəri Bakıda jurnalistlərlə görüşəcək” - PJB sədri

3 Oktyabr 2012, 12:42

Türkiyə Qəzetçilər Federasiyasının rəhbəri Atilla Sertel Azərbaycanda jurnalistlərlə görüşəcək. Bu haqda Modern.az-a məlumat verən Parlament Jurnalistlər Birliyinin (PJB) sədri Elşad Eyvazlı qeyd edib ki, A.Sertel bu gün Bakıya gəlir.

Onun sözlərinə görə Sertel oktyabrın 4-5-də Bakıda keçiriləcək“XXI əsr: Ümidlər və təhdidlər” mövzusunda beynəlxalq humanitar forumda iştirak edəcək: "Bundan sonra Atilla Sertelin Azərbaycan media nümayəndələri ilə görüşləri olacaq. Sertel oktyabrın 6-8-də “Azərbaycan”, “Yeni Müsavat” qəzetlərinin və “Modern.az” saytının redaksiyalarında olacaq. Həmçinin A.Sertel parlament jurnalistləri ilə də görüşəcək".

Qeyd edək ki, beynəlxalq humanitar forum çərçivəsində aşağıdakı istiqamətlər üzrə dəyirmi masalar təşkil olunacaq: “İqtisadi inkişaf modellərinin humanitar aspektləri”, “Müasir KİV və təhdidlər”, “XXI əsrdə qloballaşma proseslərinə yeni metodoloji yanaşmalar”, “Multikulturalizm və mədəni özünüdərk”, “Cəmiyyət həyatında multikulturalizm”. 

Dəyirmi masalarda müxtəlif ölkələrdən gələn tanınmış elm və mədəniyyət xadimləri, o cümlədən Nobel mükafatı laureatları iştirak edəcək. 

S.İltifatqızı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi