Modern.az

Daha 2 deputat güneyli zəlzələ qurbanlarına yardım etdi

Daha 2 deputat güneyli zəlzələ qurbanlarına yardım etdi

Parlament

3 Oktyabr 2012, 13:03

Güney Azərbaycan ərazisində baş verən zəlzələ ilə bağlı Azərbaycan Qızıl Aypara Cəmiyyətinin başlatdığı yardım aksiyasına daha iki millət vəkili qoşulub. Cəmiyyətdən Modern.az-a verilən məlumata görə, deputat Hadi Rəcəbli 100 AZN, Kamilə Əliyeva isə 300 AZN məbləğində İrandakı soydaşlarımıza pul göndərib. Ümumilikdə isə avqustun 14-də başlanan kampaniyaya bu günədək 22493.0 manat vəsait yığılıb.

Qeyd edək ki, İranın Güney Azərbaycan əyalətində baş verən zəlzələ ilə bağlı millət vəkili Qənirə Paşayevanın çağırışından sonra bir sıra millət vəkilləri yardım kampaniyasına qoşulublar.

Anar RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir