Modern.az

Türkiyə səfiri Azərbaycanın media rəhbərlərilə görüşdü

Türkiyə səfiri Azərbaycanın media rəhbərlərilə görüşdü

3 Oktyabr 2012, 13:15

Türkiyənin Azərbaycana təyin edilmiş yeni səfiri İsmayıl Alper Çoşqun bu gün Azərbaycanın media rəhbərlərilə görüşüb. Modern.az saytının məlumatına görə, görüş səfirlik iqamətgahında baş tutub.
Tanışılıq xarakteri daşıyan görüşdə səfir Azərbaycanda diplomatik fəaliyyətə başlamasından məmnun olduğunu qeyd edib, media ilə təmasların olmasını vacib sayıb.

İsmayıl Alper  Çoşqun ilk dəfədir Azərbaycana gəldiyini də qeyd etməyi unutmayıb. O, özünü sanki öz evindəymiş kimi hiss etdiyini vurğulayıb. Səfir bildirib ki, Bakıda qürurverici inkişaf müşahidə olunur. Türkiyə və Azərbaycan Bakı-Tiflis-Ceyhan layihəsini kölgədə qoyacaq projelər üzərində işləyir.

Qeyd edək ki, İsmayıl Alper Çoşqun bu il fevralın 23-də Türkiyənin Azərbaycandakı səfiri təyin edilib. Sentyabrın sonlarında isə Bakıda fəaliyyətə başlayıb. Əvvəllər Türkiyə XİN-də çalışan İsmayıl Alper Çoşqun ilk dəfədir səfir kimi fəaliyyətə başlayıb.

Modern.az
 
Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər