Modern.az

Bakcell ilə birlikdə əylən!

Bakcell ilə birlikdə əylən!

Təhsil

3 Oktyabr 2012, 14:12

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Təchizatçısı olan Bakcell şirkəti müasir mobil rabitə istifadəçilərinə geniş çeşidli məhsullar təklif etməkdədir.

Azərbaycanın regionlarını daim əhatə dairəsində saxlayan və əhalinin maraqlarını qarşılayan Bakcell-dən daha bir müjdə. Sentyabrın 28-dən başlayaraq Xaçmaza, Göyçaya, Qəbələyə, Şəkiyə, Yevlaxa, Mingəçevirə, Gəncəyə, Ağstafaya, Sabirabada və Masallıya səfər edəcək Bakcell, ölkəmizin bir-birindən gözəl guşələrində silsilə əyləncəli tədbirlər keçirəcəkdir. Tədbirlər şəhər mərkəzlərində keçiriləcək və iştirak pulsuz olacaqdır. Burada müxtəlif yarışlar təşkil olunacaq və hər istəyən bu bir-birindən maraqlı oyunlarda özünü sınaya biləcək. Azərbaycanı qarış-qarış qəzəcək Bakcell komandasına qoşulun və bu şənliyin bir hissəsinə çevrilin.  
Tədbirlərin keçirilmə yerləri və tarixləri: 1. Sabirabad - “Gənclər Mərkəzi”, 10 Oktyabr 2. Göyçay – “Mərkəzi Park”,  29 Sentyabr 3. Masallı – “Gənclər Mədəniyyət Mərkəzi Parkı”, 11 Oktyabr 4. Gəncə – 6-7 Oktyabr 5. Qəbələ  - H.Əliyev Parkı,30 Sentyabr 6. Xaçmaz  - H.Əliyev Parkı, 28 Sentyabr 7. Yevlax -  Dədə Qorqud Parkı, 3 Oktyabr 8. Mingəçevir - H.Əliyev Parkı, 4-5 Oktyabr 9. Ağstafa -  S. Vurgun Parkı, 8 Oktyabr 10.Şəki – Mərkəzi Park, 1-2 Oktyabr  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?