Modern.az

Rusiya Qəbələ RLS-dən imtina etməyə hazırlaşır

Rusiya Qəbələ RLS-dən imtina etməyə hazırlaşır

3 Oktyabr 2012, 14:15

Obyektin şəxsi heyətinin təcili şəkildə Armavirə aparılması planlaşdırılır

“Rusiya Qəbələ RLS-dən imtina etməyi düşünür. Azərbaycanla aparılan danışıqlarda ortaq məxrəcə nail olmaq hələki mümkün olmur. Çox böyük ehtimalla Rusiya RLS-lə bağlı Azərbyacan tərəfinin irəli sürdüyü  şərtlərə görə RLS-dən imtina edəcək”.

Modern.az bildirir ki, bu gözlənilməz məlumatı “Nezavisimaya Qazeta” hərbi-diplomatik mənbələrə istinadən yayıb.

“Rusiya tərəfinin kompromis variant kimi irəli sürdüyü 2-3 il müddətində icarə xərclərinin əvvəlki həcmdə saxlanması ilə bağlı təklifi Bakı tərəfindən qəbul edilməyib”-deyə mənbə açıqlayıb. 
Qeyd olunub ki, belə olan halda Rusiya  Qəbələ RLS-in təcili şəkildə Armavirdə tikilmiş yeni RLS-ə köçürmək üçün tədbirlər görəcək.

Qeyd edək ki, bir neçə gün əvvəl  RLS-lə  bağlı Moskva ilə aparılan danışıqlarda müəyyən razılaşmaların olması barədə məlumat yayılıb.   

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır