Modern.az

YAP-çı deputat: "Gürcüstanın Azərbaycanla mehriban qonşuluqdan başqa çıxış yolu yoxdur

YAP-çı deputat: "Gürcüstanın Azərbaycanla mehriban qonşuluqdan başqa çıxış yolu yoxdur

3 Oktyabr 2012, 14:58

Gürcüstanda keçirilən parlament seçkilərində müxalifət düşərgəsinin iqtidar üzərində gözlənilməz qalibiyyəti Cənubi Qafqazda böyük rezonans doğurdu. Hər zaman  qərb yönümlü siyasəti ilə seçilən prezident Mixail Saakaşvilin seçkilərdə müxalifətçi Bidzina İvanişviliyə məğlub olmasının bölgədə gedən geosiyasi proseslərə ciddi dəyişikliklər edəcəyi haqda müxtəlif proqnozlar verilir. Ekspertlərin fikrincə, yeni hakimiyyət nəinki Azərbaycana qarşı, eləcə də ölkənin xarici siyasətində köklü dəyişikliklərə əl atacaq. Buna səbəb kimi, gürcü milyarder Bidzina İvanişvilinin Rusiyaya yaxın mövqedən çıxış edəcəyi bildirilir.

Bu prizmadan yanaşanda demək olar ki, Gürcüstanın yeni hakimiyyəti Azərbaycanla da münasibətlərdə bəzi dəyişikliklərə əl atacaq.

Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə son günlər ən çox müzakirə obyekti olan bu məsələləri Modern.az-a şərh edib. Deputat bildirib ki, Gürcüstanın yeni hakimiyyəti Rusiyaya yaxınlığı ilə seçilsə də, Azərbaycanla mehriban qonşuluq etmək məcburiyyətindədir. Gürcüstanın bundan başqa çıxış yolu yoxdur. A.Mirzəzadə hesab edir ki, Gürcüstanda baş verən olaylar Cənubi Qafqazda dönüş yarada bilməyəcək.

“Gürcüstanın yeni hökumətinin qonşu ölkələrlə münasibətə hər hansı dəyişiklik edəcəyi gözlənilmir. İvanişvili də bəyan edib ki, Gürcüstanın xarici siyasətində hər hansı köklü dəyişikliklər edilməyəcək. Yeganə amil Gürcüstanın Rusiya ilə soyuq münasibətlərin dəyişəcəyinə dair verdiyi bəyanatdır.  Hesab edirəm ki, Gürcüstan bundan sonra da Azərbaycanla normal qonşuluq münasibətlərini davam etdirəcək. Çünki, Gürcüstanın Azərbaycanla mehriban qonşuluqdan başqa çıxış yolu yoxdur. Güman edirəm ki, Gürcüstanın yeni hakimiyyəti Azərbaycanla münasibətləri daha da yaxşılaşdırmağa çalışacaq. Hesab edirəm ki, Gürcüstanın beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərdə müəyyən xırda dəyişikliklər olacaq. Ümumiyyətlə, müxalifətin hakimiyyətə gəlməsinin regional məsələlərə hər hansı ciddi təsiri olacağını hesab etmirəm. Yeni hakimiyyətin qurulmasında da öz növbəsində müəyyən çətinliklər olacaq.  Gürcüstan ən azı bir il daxili çəkişmələrin fövqündə xarici siyasətə bir o qədər önəm verməyəcək. İvanişvili də regionda Azərbaycanla, Türkiyə ilə yeni iş birliyinin qurulmasına ciddi səy göstərəcək.”, ”, - deyə YAP rəsmisi qeyd edib.

Millət vəkili Aydın Mirzəzadə Saakaşvilinin məğlubiyyətini belə izah edib:

“Gürcüstanda müstəqillik qazandan sonra ikipartiyalı sistem formalaşıb. Həmin bu partiyaların adları dəyişir, rəhbərləri dəyişir, amma baxışlar eynidir. Saakaşvili hakimiyyətə gələrkən qərb yönümlüyə üstün verdi, İvanişvilinin bəyanatında isə çoxqütblülük əsas götürülür. Buna baxmayaraq əsas istək ortaya qoyulur. Şübhəsiz burada Saakaşvilinin seçkilərin nəticələrini qəbul etməkdən başqa çıxış yolu yox idi. Əks halda o diktator, qeyri-demokratik siyasi lider kimi tanınacağdı və onun əlehdarlarının əlində çox ciddi arqumentlər yaranacağdı. Bu gün Gürcüstan 8 il ərzində qərbyönümlü olduğuna görə, müəyyən uğurlar qazansa da, qərbyönümlü mövqeyinə görə Gürcüstanda müəyyən qədər fəsadlar da meydana gəldi. Bu mövqe təbii ki, seçkilərdə Saakaşvilinin məğlubiyyətinə öz təsirini göstərdi.  Həmçinin Gürüstanın NATO-ya üzv olmaq istəyi də reallaşmadı. Bu da şühbəsiz ki, Saakaşvilinin seçkilərdə reytinqinə mənfi təsir etdi”

“Qeyd edək ki, oktyabrın 1-də Gürcüstanda keçirilən parlament seçkilərində müxalif  Bidzina İvanişvilinin rəhbərlik etdiyi  “Gürcü arzusu” koalisiyası qalib gəlib.

Anar RÜSTƏMOV

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir