Modern.az

Metronun yanında Akademiyanın yeni kitabxanası tikilir - FOTO

Metronun yanında Akademiyanın yeni kitabxanası tikilir - FOTO

3 Oktyabr 2012, 15:09

Bir neçə ay öncə metronun “Elmlər Akademiyası” stansiyasında yeni keçidin tikintisinə başlandı. Tikinti başlayan kimi universitetdən metronun giriş qapısınadək bütün mağazalar söküldü. Hazırda isə həmin sökülən ərazidə yenidən tikinti işləri gedir. Ərazidə çoxmərtəbəli binanın tikintisinə başlayıblar.

Modern.az-ın əməkdaşının araşdırması nəticəsində məlum olub ki, həmin ərazidə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Kitabxanasının yeni binasının tikintisi gedir. Məlumata görə, müasir və qeyri-adi kitabxananın tikintisi üçün 0,9 ha torpaq sahəsi ayrılıb. Binanın ümumi sahəsi 38 000 kvadrat metr olacaq. Artıq binanın bir neçə mərtəbəsi də tikilib.
Məsələ ilə bağlı AMEA-nın birinci vitse-prezidenti Arif Həşimovdan məlumat aldıq. Onun sözlərinə görə, artıq binanın tikintisinə başlanılıb.
“İş planla həyata keçirilir. Kitabxanının tikintisi tam sürətlə gedir”, – deyə A. Həşimov bildirib.
Qeyd edək ki, Prezident İlham Əliyev 2011-ci ilin mayın 20-də AMEA-ya Akademiyanın Mərkəzi Kitabxanasının yeni binasının tikintisinə başlamaq üçün 2 milyon manat vəsait ayırıb.
Binanın görünüşü bu cür olacaq:


Sevinc İLTİFATQIZI
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir