Modern.az

Elektron imza sahəsində yenilik...

Elektron imza sahəsində yenilik...

3 Oktyabr 2012, 15:41

Bundan sonra Azərbaycanda istənilən vətəndaş elektron imza vəsiqəsini daha asan qaydada əldə edə biləcək. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, hazırda elektron imza vəsiqəsi alınması proseduralarına yeniliklər edilərək, daha da sadələşdirilir.
“Bu məqsədlə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən elektron ərizə proqram məhsulu hazırlanıb. Bu proqramın köməyi ilə istənilən vətəndaş artıq internet üzərindən elektron ərizə formasındakı suallara cavab verməklə və online qaydada ödəniş etməklə, elektron imza kartı sifariş edə bilər”.
Məlumatda həmçinin bildirilir ki, hazırda da hər bir vətəndaş, dövlət hakimiyyəti orqanı və hüquqi şəxslərin səlahiyyətli nümayəndəsi bütün respublika ərazisini əhatə edən Qeydiyyat Mərkəzlərinə müraciət etməklə elektron imza sertifikatı ala bilir.
“Amma birbaşa Qeydiyyat Mərkəzlərinə müraciət etməklə elektron imza sertifikatı əldə etmək üçün Bakı şəhərində minimum 3 gün, regionlarda isə 7 gün vaxt lazımdır. Bu vaxtın əsas hissəsi istifadəçi ərizələrinin Sertifikat Xidmət Mərkəzlərinə, hazır məhsulların isə vətəndaşlara çatdırılmasına sərf olunur. Yenilik isə istifadəçilərə xidmət keyfiyyətini yüksəltmək, vətəndaşların rahatlığını, eləcə də operativliyi təmin etməklə yanaşı, elektron imza sertifikatlarının alınmasında yarana biləcək vaxt itkisinin qarşısını da alacaq”. 

Aytən Əliyeva

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub