Modern.az

MSK sədri: “Gülər Əhmədovanın yerinə deputat seçilməsi müzakirə olunacaq”

MSK sədri: “Gülər Əhmədovanın yerinə deputat seçilməsi müzakirə olunacaq”

Təhsil

3 Oktyabr 2012, 16:53

Mandatı ləğv edilmiş Gülər Əhmədovanın yerinə yenidən seçkilərin keçrilməsi məsələsi ilə bağlı toplantı keçiriləcək.
Modern.az xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib. O qeyd edib ki, MSK üzvləri həmin toplantıda qərar verəcək ki, yenidən seçki keçirilsin, ya yox.

“Bu məsələ Mərkəzi Seçki Komissiyası tərəfindən müzakirə olunacaq. Artıq bu məsələni komissiya üzvlərinin müzakirəsinə çıxarmışıq. Müzakirə olunar, fikir bildirilər və ümumi gəldiyimiz fikiri sizə bildirəcəyik. Mərkəzi Seçki Komissiyasının üzvləri bu barədə fikir bildirməlidir ki, sizə yekun fikri bildirim”.

Anar KƏLBİYEV

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu