Modern.az

Azərbaycanlıların Çavuşoğlu sevgisi

Azərbaycanlıların Çavuşoğlu sevgisi

7 Fevral 2010, 11:31

Türkiyə Qəzetəçilər Fedarasiyasının sədr müavini Heç elə ola bilərmi ki, Azərbaycanın Parlament Jurnalistlər Birliyinin dəvətini qəbul edib Azərbaycana gedəsən, amma Milli Məclisə baş çəkməyəsən?

 

Bizim ziyarətimizi elə vaxta salmışdılar ki, Milli Məclisə getdiyimiz gün parlamentin 2010-cu ildəki ilk iclasına təsadüf edirdi…

Parlamentdə 9 partiyadan 125 millət vəkili var. İlham Əliyevin Yeni Azərbaycan Partiyası kürsü sayına görə çoxluğu əlində saxlayır.

Millət vəkillərinin hamısı orada… Jurnalistlər orada… Xoşumuza gələn o oldu ki, bizi görən hər bir kəs – istər jurnalist, istər millət vəkili olsun, hər kəs dərhal Mövlud Çavuşoğlunun AŞ PA-nın baş katibi seçilməsi münasibətilə təbrik edirdi.

 

Hələ biləndə ki, onunla eyni şəhərdənik, maraqları daha da artırdı.

Biz “Alanyadan gəldik” deyən kimi Türkiyədə də yaxşı tanınan azərbaycanlı xanım millət vəkili Qənirə Paşayeva “Oooo… Siz Mövlud Çavuşoğlunun məmləkətindənsiniz, xoş gəlmisiniz” sözləri ilə bizimlə söhbətə başladı.

“Mövlud Çavuşoğlu AŞ PA başqanlığını mənə borcludur” deyərək, bunları nəql etdi: “Mən də AŞ PA-da Azərbaycanı təmsil edirəm. Toplantılar bitəndən sonra Strasburqdan dönmək üzrəydim. Oteldə nəsə yuxum gəlmədi. Səhərə qədər oyaq qaldım. Səhər saat 6-da avtobusla Frankfurta gedəcəkdik. Avtobusa minəndə bizim dostlara dedim ki, mən burada qalmalıyam. Çünki sanki içimdən bir səs “getmə, Qənirə, qal” deyirdi. Dostlarım məni zorla avtobusa mindirdilər. Yolda içim sakitləşmədi. Avtobusu saxlatdırıb düşdüm. Taksiylə AŞ PA binasına gəldim. Mövlud bəy məni görəndə çox təəccübləndi: “Qənirə, sən getmədinmi?” deyə soruşdu. Mən də “yoldan qayıtdım. İçimdən bir səs burada olmağımın gərəkdiyini söylədi. Burada pis bir şeylər olacaq kimi bir hissə qapılmışam” dedim. Mövlud bəy, “qorxma,  bir şey olmaz” dedi. Sonra iclasa getdik. Zalda yüzə qədər nümayəndə vardı. Birdən əvvəlki AŞ PA başçısının səlahiyyət müddətinin 3 ilə çatdırılması üçün sürpriz bir təklif verildi. Mövlud bəy mənə baxdı, sanki “bu hardan çıxdı?” deyirdi… Etiraz etsək də, dərhal səsvermə keçirildi… Hər kəsin gözü ekranda idi; səsvermənin nəticəsi belə oldu: 47 əleyhinə, 46 lehinə. Tək bir fərqlə rədd edildi və o səs mənim səsimdi. Mövlud bəy qaçıb gəldi və boynuma sarıldı. “Qənirə, sən övliya kimi bir qadınsan” dedi. Əgər keçmiş başqanın müddəti 3 ilə çatdırılsaydı, Mövlud bəy AŞ PA başqanı ola bilməyəcəkdi, müddəti çatmırdı. Türk dayanışmasının ən gözəl nümunəsini orada nümayiş etdirdik … Hər zaman da bərabər hərəkət edirik. Biz də Mövlud bəylə sizlər qədər qürur duyuruq”.

Mərkəzi Bakıda yerləşən Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibi Ramil Həsənovla da görüşdük. Onun ofisi parlament binasnda yerləşirdi.

Türkiyə türkcəsində mükəmməl danışan Həsənov Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin iştirakı ilə qurulan assambleyaya digər türk dövlətləri olan Özbəkistan və Türkmənistanın da qatılmasının gözləndiyini söylədi.

Əsas məqsədlərinin Türk dünyasının parlamentlərinin birlikdə eyni yöndə bir siyasət yürütməkdən ibarət olduğunu bildirən Ramil Həsənov “bu, siyasi baxımdan birlikdə olmaqdan əlavə, eyni dildə danışan, eyni coğrafiyanı paylaşan və eyni irqə məxsus türklərin Türkiyənin liderliyi ilə Qərbə doğru uzanan bir hərəkətidir” dedi…

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi