Modern.az

Kinostudiya direktoru: “Şayiələrə inanmayın, Heydər Əliyev haqda filmin çəkilişi dayanmayıb”

Kinostudiya direktoru: “Şayiələrə inanmayın, Heydər Əliyev haqda filmin çəkilişi dayanmayıb”

4 Oktyabr 2012, 12:55

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə mərhum prezident Heydər Əliyev haqqında yeni bədii filmin çəkilişləri ilə bağlı söz-söhbət yaranıb. İddialara görə, filmin ssenarisi bəyənilməyib, buna görə də çəkiliş dayanıb. Filmdə rol alan aktyorlar və digər işçilərə isə qonorar verilməyib.

Modern.az məsələyə aydınlıq gətirmək üçün “Azərbaycanfilm” Dövlət Kinostudiyasının direktoru Müşfiq Hətəmovdan münasibət öyrənib. O, qeyd edib ki, Heydər Əliyev haqqında film çox yüksək səviyyədə nəzərdə tutulmuş bir filmdir. “Filmin artıq çox hissəsi çəkilib. Əvvəl çəkiliş pavilyonda gedirdi, artıq bu çəkilişlər bitib. Ancaq, digər çəkilişlər Azərbaycandan kənardadır, buna görə də bəzi həll ediləsi məsələlər var”.

M. Rəhimov yayılan informasiya ilə bağlı bildirib ki, bu tamamilə şayiədir. “Bununla bağlı bir neçə gün öncə Ramiz Fətəliyev də təkzib verib. Bu cür xəbərlərə inanmayın”.

Kinostudiyanın direktoru bildirdi ki, məlum filmin əvvəlcə bir və ya iki hissədən ibarət olması nəzərdə tutulmuşdu. Amma sonradan R. Fətəliyev təklif verib ki, o, çoxseriyalı olsun.

Qeyd edək ki, sözügedən film millət vəkili Elmira Axundovun Heydər Əliyev haqqında yazılmış 100 cildlik “Heydər Əliyev”, “Şəxsiyyət və zaman” kitablarının motivləri və mərhum dövlət başçısının həyatı əsasında yazılmış bir ssenari əsasında çəkilir. Filmin ilkin adı “Ən adi soyad”dır. H. Əliyevi filmdə 5 nəfər canlandıracaq. Gənclik dövrünü aktyor olmayan Əliş Nəsirov, baş rolu isə ukraynalı aktyor Aleksandr Nikitin oynayır.

Sevinc İltifatqızı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir