Modern.az

Zəlimxan Yaquba mükafat verildi -FOTO

Zəlimxan Yaquba mükafat verildi -FOTO

Mədəni̇yyət

5 Oktyabr 2012, 14:34

Bu gün Xalq şairi Zəlimxan Yaqubun indiyədək qazandığı mükafatlar sırasına biri də əlavə olunub. Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən Azərbaycan Nyu-York Assosiasiyası xalq şairini Fəxri diplom və medalla təltif edib. Assosiasiyanın prezidenti, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, professor Əli Nəsibov mükafatı təqdim edərkən deyib ki, Azərbaycan Nyu-York Assosiasiyası 7 ildir ki, fəaliyyət göstərir və bu mükafat Azərbaycanı dünyada daha yaxşı tanıdan, Azərbaycan diaspor  işinə yaxından kömək edən görkəmli ədəbiyyat və incəsənət xadimlərinə, ictimai-siyasi xadimlərə verilir. Zəlimxan Yaqubun  bu mükafata layiq görülməsi də təsadüfi deyil. Müsair Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi kimi Zəlimxan Yaqubu Amerika Birləşmiş Ştatlarında da yaxşı tanıyırlar. Bu ölkədə yaşayan azərbaycanlılar və digər türkdilli xalqlar onun əsərlərini sevə-sevə oxuyurlar, kitabları burada fəaliyyət göstərən Azərbaycan məktəblərinin hamısında var. Əli müəllim  eyni zamanda Zəlimxan Yaqubun Nyu-Yorkdakı  Azərbaycan diasporası ilə əlaqəsindən danışdı, onunla növbəti görüşün də Amerikada olmasını arzulayıb.
Təqdim olunan mükafata görə minnətdarlığını bildirən xalq şairi deyib ki, indiyədək bir çox mükafatlara layiq görülsə də, bu mükafat onun üçün böyük əhəmiyyət daşıyır.

“Çünki bunu mənə Azərbaycanla Amerika Birləşmiş ştatları arsında əlaqələrin daha da möhkəmlənməsində körpü rolu oyanayan bir təşkilat verir”.

Zəlimxan Yaqub xüsusi olaraq vurğulayıb ki, bu gün Azərbaycanın səsini dünyanın hər yerinə yaymaq hamımızın vətəndaşlıq borcumuzdur.

Azərbaycan Nyu-York Assosiasiyasının bu istiqamətdə gördüyü işləri yüksək qiymətləndirən Zəlimxan Yaqub ona verilən mükafatı eyni zamanda Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasındakı münasibətlərə verilən qiymət kimi dəyərləndirib və Assosiasiyanın prezidentinə minnətdarlığını bildirərək fəaliyyətlərində uğurlar arzulayıb, Amerikada yaşayan soydaşlarımıza salamlarını çatdırmağı xahiş edib. “Zəlimxan Yaqub Azərbaycanın böyük yaddaş şairidir, Azərbaycanın yaddaşıdır”  deyən tədqiqatçı-alim Azər Turan Xalq şairini bu mükafata layiq görülməsi münasibəti ilə təbrik edib.


Modern.az
Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır