Modern.az

Gəncədəki şərab festivalına fransızlar da təşrif gətirəcək

Gəncədəki şərab festivalına fransızlar da təşrif gətirəcək

5 Oktyabr 2012, 15:56

Gəncədə ilk dəfə beynəlxalq şərab festivalı keçiriləcək. Bu barədə Modern.az-a İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər. Qurumdan bildirilib ki, oktyabrın 6-7-də İqtisadi İnkişaf Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Gəncədə “I Beynəlxalq Şərab Festivalı” təşkil olunacaq.

Festivalda rəsmi şəxslərlə yanaşı, yerli və xarici şərab istehsalçılarının iştirakı nəzərdə tutulur. Fransanın dövlət rəsmiləri, aparıcı üzümçülük əyalətlərinin təmsilçilərindən ibarət nümayəndə heyəti Festivalda fəxri qonaq qismində iştirak edəcək. Festivalın rəsmi açılışı 6 oktyabr tarixində saat 11:00-da Gəncə şəhəri, Kəpəz otelinin qarşısında keçiriləcək.

S.İltifatqızı
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi