Modern.az

Jurnalist Məmməd Nazimoğlunun fotosöhbəti (oğlu Orxanın dili ilə)

Jurnalist Məmməd Nazimoğlunun fotosöhbəti (oğlu Orxanın dili ilə)

Fotosöhbət

15 Sentyabr 2009, 12:02

Məmməd Nazimoğlu 1959-cu il sentyabrın 28-də Ağdaş rayonunun Qobuüstü kəndində doğulub. 1983-cü ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Ölkənin ilk müstəqil nəşrlərindən olan “Aydınlıq” qəzetinin yaradıcılarındandır. “Xalq qəzeti”nin baş redaktor müavini, “Ulus” qəzetinin baş redaktoru, “Avropa”, “Yeni Müsavat”, “Azadlıq”, “Şans” qəzetlərinin, “525-ci qəzet”in yazarı, ANS telekanalında efirə gedən “Qulp” verilişinin müəlliflərindən, Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru olub. Məmməd Nazimoğlu 2008-ci il iyulun 6-da vəfat edib. Yaşasaydı dəyərli həmkarımız bu il sentyabrın 28-də 50 illik yubileyini qeyd edəcəkdi. Onun fotolarını oğlu Oqxan təqdim edir.

 

 

Atamın pioner sıralarına yeni qəbul olunan vaxtlarıdı. Deyirdi qırmızı qalstuku taxmağın aləm ləzzəti varmış...

 

  

Bu şəkli atam komsomol olanda çəkdirib.

 

                                                                                                           

    

İnstitut illəri, onda atam birinci kursda oxuyurmuş ...

  

Bu da institut illəridi....

 

Bu da atamın institut vaxtının şəklidi. Yəqin yanındakı tələbə yoldaşı olar.

 

  

    

Atam institutda rütbə aldığından hərbi xidməti zabit kimi başa vurub. Nədənsə o vaxtlar daha çox əsgərlərlə şəkli çəkdirirb. 

   

Bu da hərbi xidmət  vaxtının şəklidi

 

 

O zaman qardaşlarım hələ anadan olmayıbmış.  

 

Bu şəkildə artıq ortancıl qardaşım Araz da var. Atamın hərbi xidmət dövrüdür.

 

 

   Ailəmizin xöşbəxt anlarıdı.

 

    

“Aydınlıq” qəzetindən atam hər vaxt danışardı. Bu şəkil də o vaxtın yadıgarıdı.

   

Atam vaxt tapan kimi mütləq kəndə gedərdi.

   

Ağdamın Əfətli kəndi, atamın solunda oturan tanınmış jurnalist Hüseyn Əfəndi də dünyasını dəyışıb...

   

"Xalq qəzeti"ndə işləyəndə tez-tez əsgərlərlə görüşə gedərdi.

  

  Atam dostları ilə

 

  

   Barış Manco "Xalq qəzeti"nə qonaq gəlibmiş.

 

   

 

Bu da onun  “Xalq”-da işlədiyi vaxtların şəklidi.

  

 

Kiçik qardaşım Aruzun kiçik toyunda, Niyaməddin Musayev çıxış edir.

  

 

  Kiçik əmim Rəhmanla

   

Bu şəkil o, Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru olarkən çəkilib.

  

Bir dəfə Amerikada...

   

ABŞ-da səfərdə olarkən. Soldakı Fuad Babayev, sağdakı Məhərrəm Zülfüqarlıdı.

   

Atamın həyatının son dövrlərinin şəklidi. Artıq xəstəlık öz işini görürdü.

 

  

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu