Modern.az

Elşad İskəndərov ATƏT nümayəndələri ilə görüşüb

Elşad İskəndərov ATƏT nümayəndələri ilə görüşüb

Təhsil

9 Oktyabr 2012, 15:03

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qurumun sədri Elşad İskəndərov ölkəmizdə səfərdə olan ATƏT-in fəaliyyətdə olan şəxsi nümayəndələri səfir Adil Axmetov, hakim Ketrin MakGinnes və Ravin Endryu Beykerlə görüşüb. Bu barədə Modern.az-a komitənin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı Azərbaycanda dini, milli və irqi məsələlərdə tolerantlıq müzakirə olunub. Komitə sədri ATƏT nümayəndələri ilə görüşdə bildirib ki, bu gün ölkəmizdə istər dini, istərə də milli və irqi ayrı-seçkilik yoxdur. “Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri, o cümlədən müxəlif dinlərə mənsub olan insanlar arasında bir-birinə qarşı tolerant yanaşma mövcudur. Dövlət Komitəsinin yerləşdiyi məkandan 1 km radiusa yerləşən və dövlət tərəfindən bərpa edilmiş məscidlər, kilslər, o cümlədən Azərbaycan üçün yeni olan kotolik icmasının kilsəsini və sinaqoqları ziyarət etsəz dini icmalar arasında münasibətlərin tolerantlığın ötəsində olaraq qarşılıqlı hörmət səviyyəsində inkişafının bariz nümunəsinin şahidi olacaqsınız.” – deyə komitə sədri vurğulayıb.

ATƏT nümayəndələri dünya ölkələrində mövcud olan qeyri-tolerant yanaşmaların Azərbaycanda olmamısından məmnunluğunu ifadə ediblər. Bildirilib ki, Azərbaycanda olan tolerant mühit hazırda dünya ölkələrinin əksəriyyətində mövcud deyildir. Bu isə Azərbaycanın dini, milli və irqi ayrı-seçkilik məsələlərinə nə dərəcədə həssas yanaşmasının nümunəsidir. Dövlət komitəsnin sədri bu məsələyə münasibətbildirərək qeyd edib ki, Azərbaycanda olan tolerantlıq modeli digər dünya ölkələri üçün də örnək ola bilər.

Görüşdə həmçinin ATƏT-lə birgə bu mövzuda həyata keçirilə biləcək konkret layihələr müzakirə olunub.

Qeyd edək ki, görüşdə ATƏT-in Tolerantlıq və Qeyri-ayrı seçkilik İdarəsinin və Dövlət Komitəsinin  məsul əməkdaşları iştirak ediblər.

 

 

 

 

 

 

 

 

 

 

 

Mail Ağaxanov

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır