Modern.az

Milli Məclisdə Fazil İbrahimovun məsələsinə baxılıb

Milli Məclisdə Fazil İbrahimovun məsələsinə baxılıb

Təhsil

9 Oktyabr 2012, 15:17

Bu gün Milli Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirilib.  Modern.az-ın məlumatına görə, iclasda öncə Fazil İbrahimovun Hesablama Palatasının auditoru təyin edilməsi haqqında  məsələyə baxılıb. Komitənin sədri Ziyad Səmədzadənin  məlumatı dinlənildikdən sonra deputatlar bu məsələnin Milli Məclisin müzakirəsinə təqdim edilməsini məqsədəuyğun hesab ediblər.

Daha sonra “Ölçmələrin vəhdətinin təyin edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. 5 fəsil, 22 maddədən ibarət layihə barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin xidmət rəisi Oqtay Abbasov ətraflı məlumat verib. Bildirib ki, sənəd hazırlanarkən on bir nazirliyə və Milli Elmlər Akademiyasına göndərilib. Mütəxəssislərin təklifləri öyrənilərək nəzərə alınıb.

İqtisadi siyasət komitəsinin üzvlərindən Vahid Əhmədov, İlham Əliyev, Əli Məsimli və Aslan Cəfərov sənəd barədə rəylərini  bildirdilər. Deputatlar ikinci oxunuşa hazırlanmış qanun layihəsinə dair irad və təkliflərini diqqətə çatdırıblar.

Fikir mübadiləsinin yekununda  “Ölçmələrin vəhdətinin təyin edilməsi haqqında” qanun layihəsi ikinci oxunuşda parlamentin plenar iclasına tövsiyə olunub.

Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı