Modern.az

4 rayonun Təhsil şöbəsində ciddi nöqsanlar aşkarlanıb

4 rayonun Təhsil şöbəsində ciddi nöqsanlar aşkarlanıb

9 Oktyabr 2012, 15:46

Azərbaycanın bir neçə şəhər və rayon Təhsil şöbələrində yoxlama aparılıb və nəticədə ciddi nöqsanlar aşkarlanıb. Bu barədə Modern.az saytının sorğusuna cavab olaraq Maliyyə Nazirliyinin mətbuat xidmətinini rəhbəri Mais Piriyev məlumat verib.

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2012-ci il nəzarət tədbirləri üzrə iş planına əsasən Şəki şəhər, Goranboy, Qəbələ və Tovuz rayonlarının Təhsil şöbələrində yoxlamalar aparılıb. Nazirliyin mətbuat xidmətinini rəhbəri Mais Piriyevin saytımıza bildirdiyinə görə, ümumtəhsil məktəblərində siniflərin komplektləşdirilməsinin, evdə təhsilin təşkilinin və pedaqoji işçilərin ixtisasartırma kurslarına göndərilməsi işlərinin mövcud qanunvericiliyə uyğunluğu yoxlanılıb.

Yoxlamalar müəyyənləşdirib ki, siniflərdə şagirdlərin sayı müvafiq qaydada müəyyən edilmiş normadan az olduğu hallarda və ibtidai siniflərin düzgün komplektləşdirilməməsi nəticəsində siniflərin artıq saxlanıldığı, evdə təhsilin təşkili və pedaqoji işçilərin ixtisasartırma kurslarına göndərilməsi işlərində ciddi nöqsanlara yol verilib. Aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədilə müvafiq yerli icra hakimiyyəti orqanlarına və Azərbaycan Respublikasının Təhsil Nazirliyinə məktublar göndərilib.

Gültəkin Ələsgər

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?