Modern.az

“Azərsu”yun tərkibində yeni qurum yaradıldı

“Azərsu”yun tərkibində yeni qurum yaradıldı

9 Oktyabr 2012, 15:58

“Azərsu” ASC-nin nəzdində təsərrüfat hesablı Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti yaradılıb.
Modern.az xəbər verir ki, bu barədə Baş nazir Artur Rəsizadə qərar imzalayıb. Qərara əsasən, yeni qurumun yaradılması “Azərsu” ASC tərəfindən ölkədə aparılan tikinti işlərinin təsdiq edilən layihə-smeta sənədlərinə uyğun həyata keçirilməsinə nəzarətin təmin edilməsi məqsədi daşıyır. 

Qərar, eyni zamanda, əsaslı vəsait qoyuluşu üzrə dövlət büdcəsindən və digər maliyyə mənbələrindən ayrılmış vəsaitin idarə edilməsinin səmərəliliyinin artırılması, habelə tikinti prosesində ortaya çıxan məsələlərin operativ həll edilməsini nəzərdə tutulub.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?