Modern.az

İlham Əliyev Uqo Çavesi təbrik edib

İlham Əliyev Uqo Çavesi təbrik edib

9 Oktyabr 2012, 16:42

Azərbaycan prezidenti İlham Əliyev Venesuellalı həmkarı Uqo Çavesi yenidən prezident seçilməsi münasibəti ilə təbrik edib. Modern.az prezidentin rəsmi saytına istinadən veryidi məlumata görə, ölkə başçısının təbrik məktubunda deyilir:

-“Hörmətli cənab Prezident,

 Venesuela Bolivar Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

 Ümidvaram ki, Azərbaycan ilə Venesuela arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.

 Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Venesuela xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm”.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi