Modern.az

Elçibəyin həyat yoldaşı eks-prezidentin müalicə aldığı xəstəxanada olub - YENİ FOTO

Elçibəyin həyat yoldaşı eks-prezidentin müalicə aldığı xəstəxanada olub - YENİ FOTO

9 Oktyabr 2012, 16:49

Mətbuatla təmasdan uzaq olan Azərbaycanın mərhum eks-prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva Elçibəyin vaxtilə Ankara xəstəxanasında müalicə olunduğu otağa baş çəkib. Modern.az bildirir ki, bu barədə Elçibəyin yaxın silahdaşı Xanım Xəlilova məlumat verib.
X.Xəlilovanın verdiyi məlumata görə, Həlimə Əliyeva 2011-ci ilin sonlarında Ankara xəstəxanasını ziyarət edib və həmin səfərdən xatirə şəkli də çəkilib.

Modern.az ictimaiyyətin marağını nəzərə alaraq həmin şəkli təqdim edir.

Şəkildə soldan Azərbaycan Kültür Dərnəyi (AKD) Qadın Qolları başkanı Nəsrin Ünal, ortada Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva, sağda Xanım Xəlilovadır.

Arrxa fonda divardan mərhum Elçibəyin həkimləri və ünlü sənətçi Fatih Kısaparmakla görüşünü əks etdirən rəsm asılıb.

Qeyd edək ki, indiyədək mətbuata cəmi iki-üç dəfə danışan Həlimə Əliyeva ilk geniş açıqlamasını bir neçə ay öncə Modern.az saytına vermişdi.
Evdar, qonaqpərvər və sadə qadın olduğu bildirilən Həlimə Əliyeva heç vaxt işləməyib, hazırda da işləmir.


Modern.az
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!