Modern.az

NATO-dan Türkiyəyə böyük dəstək

NATO-dan Türkiyəyə böyük dəstək

9 Oktyabr 2012, 17:25

NATO-nun baş katibi Anders Foq Rasmussen Suriya məsələsində Türkiyəni müdafiə edəcəklərini açıqlayıb. Modern.az-ın türk mətbautına istinadən verdiyi məlumata görə, Rasmussen Türkiyəni Suriyanın gizli hücumlarına cavab verdiyi üçün təbrik edib.

NATO baş aktibi Türkiyəni müdafiə edərək bildirib ki, rəsmi Ankara beynəlxalq hüquqa görə qəti şəkildə öz sərhədlərini kənar hücumlardan qorumalıdır.

Rasmussen Türkiyəni NATO-ya güvənməyə çağırıb. Onun sözlərinə görə, ittifaqın son günlər baş verən xoşagəlməz olaylarla bağlı xüsusi planlar hazırlayıb.

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI