Modern.az

Döyülən jurnalistin gözündə ciddi problemlər yaranıb

Döyülən jurnalistin gözündə ciddi problemlər yaranıb

9 Oktyabr 2012, 17:39

 “Ayna-Zerkalo” qəzetinin icmalçısı və “Ekstremal jurnalistika” adlı QHT-nin sədri İdrak Abbasovun gözlərinin ciddi müalicəyə ehtiyacı var. Onun səhhətinin pisləşməsinə bu ilin aprel ayında Sulutəpə qəsəbəsində ARDNŞ-nin təhlükəsizlik xidmətinin bir qrup əməkdaşı tərəfindən amansızcasına döyülməsi səbəb olub. Nəticədə İdrakın gözü zədələnmişb, qabırğaları qırılmış və daxili orqanları zədələnmişdi. O vaxtdan etibarən jurnalistin görmə qabiliyyəti zəifləyib.

Həkimlər ona hematoma, göz büllurunun zədələnməsi diaqnozu qoyublar və əməliyyat məsləhət görüblər.

Bu həftə jurnalist xəstəxanaya yatacaq, əməliyyat “Sərhədsiz reportyorlar”ın maddi dəstəyi ilə mümkün olub.
“Azərbaycanda mətbuat problemlərini izləyən və jurnalistlərimizə əl uzatmağı unutmayan “Sərhədsiz reportyorlar”dakı həmkarlarıma dərin təşəkkürümü bildirirəm”, deyə İdrak Abbasov Turan-ın müxbiri ilə söhbətində bildirib.

Xatırladaq ki, jurnalistin döyülməsinə səbəb onun Sulutəpədə yaşayış evlərinin sökülməsinin çəkilişini aparması olub. ARDNŞ vəd etsə də, ona hücum edənlərdən heç kim məsuliyyətə cəlb edilməyib və cəzalandırılmayıb.

 Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı