Modern.az

Zakir Qaralov korrupsiyaya dair sənəd imzaladı

Zakir Qaralov korrupsiyaya dair sənəd imzaladı

9 Oktyabr 2012, 18:14

Baş prokuror Zakir Qaralov korrupsiya ilə əlaqədar protokol imzalayıb. Bu barədə Modern.az-a Baş prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan   Respublikasının cinayət qanunvericiliyində edilmiş dəyişikliklərə əsasən Avropa Şurasının "Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında Konvensiya"sının 5 (xarici vəzifəli şəxslərin rüşvətlə ələ alınması), 6 (xarici dövlətlərin seçkili orqanları üzvlərinin rüşvətlə ələ alınması), 10 (Beynəlxalq parlament assambleyaları üzvlərinin rüşvətlə ələ alınması) və 12 (nüfuz alveri) maddələrinə dair Azərbaycan Respublikası tərəfindən edilmiş qeyd-şərtlərin ləğvi və Avropa Şurasının "Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında Konvensiya"sının 15 may 2003-cü il tarixli Əlavə Protokoluna (milli dövlət arbitrlərinin rüşvət istəməsi, xarici arbitrlərin, milli və xarici münsiflərin rüşvətlə ələ alınması) sözügedən sənədin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində tətbiq edilməyəcəyi barədə bəyanat ilə qoşulması ilə əlaqədar ölkədaxili prosedurlar Respublika Prokurorluğu tərəfindən həyata keçirilib.

Azərbaycan Respublikasının Baş prokuroru  Zakir Qaralov oktyabrın 8-də  Konvensiyanın Əlavə Protokolunu  Avropa Şurasının mənzil qərargahında  imzalayıb. İmzalanma mərasimində Avropa Şurası yanında Azərbaycan Respublikası nümayəndəliyinin müvəqqəti işlər vəkili C.Mirzəyev, Baş prokuror yanında Korrupsiyaya qarsı mübarizə idarəsinin rəisi K.Əliyev və Baş prokurorun köməkçisi V. Səmədov iştirak ediblər.

Səfər zamanı Baş prokuror Avropa Şurasının baş katibinin müavini xanım Gabriella Battaini-Draqoni ilə ikitərəfli görüş keçirib və dövlət başçısının siyasi iradəsinə uyğun olaraq korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş qanunverici və institusional tədbirlər, o cümlədən Açıq Hökumətin təşviqinə və Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planları, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması və funksiyaları barədə ətraflı məlumat verilib, habelə ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlər barədə məlumatları özündə əks etdirən kitabçalar təqdim olunubdur.

Görüş zamanı ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində aparılmış mütərəqqi dəyişikliklər müsbət qiymətləndirilib, Azərbaycan Respublikasının Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu (GRECO) ilə uğurlu əməkdaşlığı xüsusi vurğulanaraq onun davam etdiriləcəyinə əminlik ifadə olunubdurdur.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi