Modern.az

Sevinc Babayevanın intihara cəhd etməsi xəbəri təkzib olundu

Sevinc Babayevanın intihara cəhd etməsi xəbəri təkzib olundu

Təhsil

10 Oktyabr 2012, 09:34

Adı 1 milyonluq rüşvət qalmaqalında hallanan keçmiş kitabxana direktorunun guya, intihara cəhd etdiyi bildirilir

Sabiq deputat Gülər Əhmədova ilə birgə 1 milyon manat rüşvət istəməyə görə istintaqa cəlb edilən M.Ə.Sabir adına kitabxana-klubun keçmiş direktoru Sevinc Babayeva barədə yeni xəbərlər yayılıb. Dünən onun çalışdığı kitabxananın yerləşdiyi ərazidə olan əməkdaşımıza deyilib ki, Sevinc Babayeva istintaqa cəlb ediləndən sonra guya, qorxudan intihara cəhd edib. Amma bunun necə və hansı formada edildiyi söylənilmir.

Kitabxana işçiləri isə sabiq direktor barədə yayılan bu xəbəri şayiə adlandırıblar. Bildirilib ki, bu məlumatı kimlərsə, bilərəkdən dövrüyyəyə buraxıb.  

“M.Ə.Sabir adına kitabxana-kluba hələ yeni direktor təyin edilməyib, amma müvəqqəti təyinat olub”. Bu barədə Modern.az saytına  kitabxananın metodisti Fatma Cəbrayılova bildirib.

F.Cəbrayılova deyib ki, yeni direktorun təyin olunması üçün Sevinc Babayevanın iş müqaviləsinin bu ayın 18-də bitməsi lazımdır.

“Təhvil-təslim prosesi olmalı, akt bağlanmalıdır. Ona görə də oktyabrın 18-ni gözləyirik. Sevinc Babayevanın yerinə yeni direktor təyin edilməyib. Sadəcə olaraq, əvəzləyici kimi kitab işləmə-komplektləşdirmə şöbəsinin müdiri Zemfira Ələsgərova onun yerinə təyin edilib. Bu səbəbdən yeni heç nə baş verməyib. Kitabxanada isə hər şey qaydasındadır”.

Maraqlıdır, məlum hadisədən sonra Sabir adına kitabxana-klubda hər hansı yoxlama aparılıbmı?

Nəyə görə kitabxanada yoxlama aparılmalıdır ki!?”-deyən metodist belə bir addımın atılmadığını vurğulayıb.

Xatırladaq ki, Respublika Prokurorluğu sabiq deputat Gülər Əhmədova ilə bağlı yayılmış videoqalmaqala görə Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi açıb. İstintaqa M.Ə.Sabir adına kitabxana-klubun keçmiş direktoru S.Babayeva da cəlb edilib.
Hazırda eks-direktorun harada olması bilinmir. Çalışdığı kitabxananın işçiləri də "onun hazırda harada olduğunu biz də bilmirik",-deyə Modern.az-a bildiriblər.

Şahanə Rəhimli

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub