Modern.az

Rektorlar nazirin tapşırığını qulaqardına vurublar

Rektorlar nazirin tapşırığını qulaqardına vurublar

10 Fevral 2010, 18:41

TƏHSİL NAZİRLİYİNİN “QAYNAR XƏTT”İNƏ DAXİL OLAN MÜRACİƏTLƏR 90-A ÇATDI

 

Yanvarın 5-dən ali məktəblərdə qış imtahan sessiyası başlayıb. Sessiya fevralın sonunda başa çatacaq. Müxtəlif ali məktəblərin tələbələri imtahanların gedişindən narazılıq edirlər. Bunu Modern.az-a açıqlamasında Təhsil Nazirliyi Ali və orta ixtisas təhsili şöbəsinin baş məsləhətçisi Ənvər İmanov da inkar etməyib. Baxmayaraq ki, təhsil naziri Misir Mərdanov ötən ayın əəvəlində ali məktəb rektorlarının iştirakı ilə keçirdiyi müşavirədə onlara qış imtahan sessiyasının yüksək səviyyədə təşkili üçün müvafiq tapşırıqlar vermişdi. 

Təhsil Nazirliyi Ali və orta ixtisas təhsili şöbəsinin baş məsləhətçisi Ənvər İmanov saytımıza bildirib ki, qış imtahan sessiyasında “qaynar xətt”ə 90-dan yuxarı müraciət daxil olub. Onun sözlərinə görə, “qaynar xətt”in işi ilə bağlı yekun  nəticələr fevral ayının sonunda açıqlanacaq: “Bu günə kimi “qaynar xətt”ə daxil olan müraciətlərin 30%-i ali məktəblərlə, 40%-i xaricdə təhsillə, 20%-i orta ümumtəhsil məktəblərindən olan şikayətlətlə, 10%-i təhsilə aid digər məsələlərlə bağlıdır. “Qaynar xətt”ə daxil olan müraciətlərin nəticəsi  bu ayın sonunda ictimaiyyətə açıqlanacaq”.

Ə.İmanov daxil olan müraciətlərin araşdırıldığını, müəyyən tədbirlərin görüldüyünü də qeyd edib.

Xatırladaq ki, Təhsil Nazirliyində yaradılmış “qaynar xətt” həftənin 5 iş günü saat 9.00-dan 18.00-dək fasiləsiz fəaliyyət göstərir.  “Qaynar xətt” xidmətinə (telefonlar: 496-34-82; 496-37-61; e-mail ünvanı: [email protected]) vasitəsilə müraciət etmək olar.

  

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir